Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Milli birliyimizə ehtiyacımız var

0

  •         Bu gün Azərbaycan xalqı tarixi günlərini yaşayır. İşğalçı Ermənistan Azərbaycana qarşı hərbi təxribatını davam etdirir. Ermənistan çirkin niyyətindən  əl çəkməyərək bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqelərini, eləcə də dinc və mülki əhalini hədəfə alaraq atəşə tutmuşdur. Əhalinin təhlükəsizliyini təmin etmək və ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün Şanlı Azərbaycan Ordusu bütün cəbhə boyu əks hücuma keçmişdir. Cəbhədə baş verən hadisələr cəmiyyətimizdə milli birlik əzmini daha da  gücləndirdi.Bütün ictimai təşkilatlar və siyasi partiyalar Ordumuza dəstək nümayiş etdirirlər. Cəbhədə baş verən son hadidələr bir daha göstərdi ki, beynəlxalq hamilərinə güvənən işğalçı Ermənistan BMT qətnamələrinə məhəl qoymur, nəinki işğal etdiyi Azərbaycan torpaqlarını azad etmir, hətta yeni ərazilər işğal etmək arzusundadır.          Bu azmış kimi 3 aydır Ermənistan tərəfi bölgədə hərbi gərginliyi daha da artırır, Azərbaycanı müharibəyə təhrik edir. Sentyabrın 27-də Ermənistanın hərbi təxribatına cavab olaraq bütün cəbhə boyu əks hücuma keçən Silahlı Qüvvələrimiz mühüm hərbi uğurlar əldə etmişdir. Lakin Ermənistan hər cür riyakarlığa, alçaqlığa əl atır.           Bu gün Azərbaycan cəmiyyətində milli birliyə ehtiyac var. Bəli, siyasi əqidəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Ordumuza və Ali Baş Komandanımıza dəstək olmalıdır. Hər şeydən öncə Vətən bizi haraya çağırır. Azərbaycan dövləti və xalqı Vətən müharibəsi aparır. Bütün siyasi partiyalar, ictimai təşkilatlar və fəallar bu gün əsl milli birlik nümayiş etdirməli və dövlətimizə və xalqımıza dəstək olmalıdır. Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar Ali Baş Komandan, Prezident İıham Əliyevin Vətənimizin ərazi bütölüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genış miqyaslı terror təxribatının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirlərə dəstək verməlidir. Mən də bir Azərbaycanlı kimi, eləcə də bir ziyalı kimi belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşlarını və Dünya Azərbaycanlılarını bir daha milli birliyə və vəhdətə səsləyib, hər kəsi Azərbaycanın Haqq Səsini Dünya Birliyinə çatdırılmasına töhvə verməyə, beynəlxalq ictimaiyyəti isə Azərbaycanın həm tarixi həqiqətlər, həm də beynəlxalq hüquqla dəstəklənən Haqq mübarizəsinə biganə qalmamağa və reallığı düzgün qiymətləndirməyə, eləcə də ədalətə çağırıram.Nadir Hümbətov,Qarabağ münaqişəsi əlili
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib54 dəfə
    Milli birliyimizə ehtiyacımız var

    Maraqlı gələ bilər
    81
    186